Ağ, rəng olaraq hər nə qədər sülh, rahatlıq, bəxt, ümid kimi mənaların rəmzi olaraq qəbul edilsədə Kino dünyası üçün bunun belə olmadığı deyilə bilər. Bunun üçün İtalya Film dünyasının 1930-44-cü illərinə nəzər yetirmək kifayəttir. Hitlerdən heç də geri qalmayan Faşist diktator Benito Mussolini İtalyanın yeni sahibidir. Film sənətini böyük bir silah olaraq görən Mussolini bunu bir propaganda vasitəsinə çevirər.

Bu illər ərzində çəkilən filmlərə Telefoni Bianchi(Ağ Telefon) filmləri adı verilmişdir. Bu dövrdə çəkilən filmlərin mövzusu komediya və melodramlardı. Bunun səbəbi isə cəmiyyəti şirin xəyallar qurmalarına məcbur etmək hər şeyin yaxşı getdiyinə inandırmaq idi. Filmlərdə varlı ailələr,ehtişamlı məkanlar göstərilir, sanki bütün İtalya beləymiş kimi təqdim edilirdi. Dövrün adı kinolarda görülən ağ telefonlardan gəlməkdədir. Əslində Telefoni Bianchi janr üçün rəsmi bir ad deyildi bu sadəcə bu dövrü ələsalmaq üçün seçilmiş bir addır. Son olaraq Bianchi dövründə 639-dan artıq film çəkilmişdir. Bunlardan bir neçə film aşağıda sadalanmışdır.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here