Amerikanın ən zəngin ailələrindən tutmuş Avropanın ən zənginlərinə qədər dünyada zənginlərə maraq çox böyükdür. Əslində, Forbes jurnalının araşdırmasına görə 72 ölkədə 9,1 trilyon dollarlıq sərvətə sahib olan 2,208 milyarder var.

Bəs dünyanın ən varlı ailələri haqqında nə demək olar?

Sizin üçün dünyanın ən varlı 10 ailəsini araşdırdıq. 

1. Walton ailesi

Şirkət: “Walmart”

Sərvəti: 190.5 milyard dollar

Sem Walton 1962-ci ildə “Walmart”ı qurub. Həmin vaxtdan bəri Walton ailəsi tərəfindən idarə olunan şirkət pərakəndə satışla məşğul olur.

2. Mars ailəsi

Şirkət: “Mars”

Sərvəti: 126.5 milyard dollar

Hazırda şirkət Mars ailəsinin dördüncü nəsli tərəfindən idarə olunur. “Mars” – bütün dünyada məşhur olan şirniyyatların istehsalçısıdır.

3. Koch qardaşları

Şirkət: “Koch Industries”

Sərvəti: 124.5 milyard dollar

Çarlz və Devid Koch qardaşları atalarının qurduğu nəhəng imperiyaya rəhbərlik edirlər. Ancaq bu gün onlar müxtəlif namizədləri, araşdırma təşkilatlarını və lobbiçiləri maliyyələşdirərək, ölkədəki siyasi vəziyyətə təsir göstərməyə çalışdıqları üçün daha yaxşı tanınırlar.

4. Əl-Saud ailəsi

Səudiyyə Ərəbistanında kral ailəsi

Sərvəti: 100 milyard dollar

Səudiyyə Ərəbistanının kral ailəsi də dünyanın ən varlı klanları siyahısındadır. Bu ailənin neft və qaz nəhəngi “Saudi Aramco” ilə əlaqələri ailəni xeyli gəlirlə təmin edir.

5. Wertheimer ailəsi

Şirkət: “Chanel”

Sərvəti 57.6 milyard dollar

“Chanel” Moda Evi əfsanəvi “kiçik qara paltar” və “№5” ətri ilə məşhurdur. Şirkət hazırda Alan və Gerhard Vertqeymer qardaşları tərəfindən idarə olunur.

6. Duma ailəsi

Şirkət: “Hermes”

Sərvəti: 53.1 milyard dollar

Duma klanı 19-cu əsrdə qurulmuş elit “Hermes” şirkətini idarə edir.

7. Van Damm, De Spelberx və De Mevius ailəsi

Şirkət: “Anheuser-Busch InBev”

Sərvəti: 52.9 milyard dollar

Şirkət əslində pivə ənənələri olan üç pivə zavodunu təmsil edən üç klandan ibarətdir.

8. Beringer, Fon Baumbax ailəsi

Şirkət: “Boehringer Ingelheim”

Sərvəti: 51.9 milyard dollar

“Boehringer Ingelheim” 130 ildən çox tarixi olan bir alman dərman şirkətidir. Beringerlər bir neçə nəsil boyu şirkətin nəzarəti altındadır.

9. Ambani ailəsi

Şirkət: “Reliance Industries”

Sərvəti: 50.4 milyard dollar

“Reliance Industries” neft emalı, neft-kimya məhsullarının istehsalı və toxuculuq sənayesi kimi sahələrdə fəaliyyət göstərir.

10. Kargill və Makmillan ailəsi

Şirkət: “Cargill”

Sərvət: 42.9 milyard dollar

Ardıcıl altı nəsil boyunca Cargill və Makmillan klanlarının üzvləri 150 il əvvəl Ayova ştatında qurulan “Cargill” şirkətini idarə edir. Şirkət sənaye, kənd təsərrüfatı sahəsində işləyir, ərzaq istehsal edir və müştərilərə müxtəlif xidmətlər göstərir.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here