Dünyanın ən zəngin 10 insanı kimdir? / 2020

Hurun” reytinq agentliyinin son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trilyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edildiyi kimi, dünya milyarderlərinin sərvəti 66% artıb.

  1. Ceff Bezos
    Sərvəti: 140 milyard dollar.
    “Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, Ceff Bezos “Blue Origin” aviaşirkətinin sahibidir.
  2. Bernar Arno
    Sərvəti: 107 milyard dollar.
    “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir.

  3. Bill Qeyts
    Sərvəti: 106 milyard dollar.
    Bill Qeyts “Microsoft” şirkətinin yaradıcılarından və keçmiş ən böyük səhmdarlarından biridir. İctimai fəaliyyət və xeyriyyə ilə məşğuldur.

  4. Worren Baffet
    Sərvəti: 102 milyard dollar.
    Uorren Baffet dünyanın ən tanınmış investorlardan biridir, dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Xeyriyyə ilə məşğul olur.

  5. Mark Zukerberg
    Sərvəti: 84 milyard dollar.
    Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir.

  6. Amansio Orteqa
    Sərvəti: 81 milyard dollar.
    Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir.

  7. Karlos Slim
    Sərvəti: 72 milyard dollar.
    Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.

  8. Sergey Brin
    Sərvəti: 68 milyard dollar.
    Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur.

  9. Larri Peyc
    Sərvəti: 67 milyard dollar.
    Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.

  10. Mukeş Ambani
    Sərvəti: 67 milyard dollar.
    Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir.

  11. Stiv Balmer
    Sərvəti: 67 milyard dollar.Stiv Balmer 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Maraqlı fakt: Balmer ilk insandır ki, sərvətini öz işəgötürənindən aldığı opsionlar sayəsində qazanıb.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry