Yenə bilik qruplarını dolduracaq bir siyahi hazırlamaq istədim. Gündəlik həyatımızda və ya ümumi mədəniyyətimizdə uşaqlıqdan bəri ağlımızda qalan bəzi məlumatların əslində bizə səhv olaraq ötürüldüyünü tapa bilərsiniz.
Ümid edirəm məqalə faydalı olar.

1.Balıqların yaddaşı bir neçə saniyədir.

Yapon balığı ən az üç aylıq bir yaddaşa sahibdir.

2.Böyük Çin Səddi aydan görünə bilər.

çin seddi

Richard Haliburton 1938-ci ildə yazdığı “Second Book of Marvels” adlı kitabında, Böyük Çin Səddinin aydan görünə bilən, insan tərəfindən hazırlanmış bir şey olduğunu iddia etdi. Lakin Böyük Çin Səddi cəmi 10 metr enində və ətrafı ilə eyni rəngdədir, bu da aydan peykdən baxarkən belə onu normal gözlə görmək mümkün deyil.

3.Göy qurşağında yeddi rəng var

Göy qurşağında rənglər qırmızı, narıncı, sarı, yaşıl, mavi, indigo mavi və bənövşəyi kimi bilinir. Əslində göy qurşağında rənglərin fasiləsiz bir spektri var, amma insanın rəng qavrayışı ortada bir sıra rənglərin olması xəyalını yaradır. Bəzi göy qurşağında insan gözünün görə biləcəyi 7dən çox rəng var.

4.Piza Qülləsi əyri tikilib.

İtalyanların məşhur Piza Qülləsi əvvəlcə dik şəkildə tikilib. Ancaq 1173-cü ildən bəri, təməldəki yumşaq torpaq səbəbi ilə cənuba doğru sürüşməyə başladı.

5.Kəpənəklərin ömrü bir gündür

Bəzi yetkin kəpənəklərin 1-2 aya qədər ömrü ola bilər. Ömrü boyu bir neçə fəsil yaşaya bilənlər, qışlayır və ya isti bölgələrə köç edə bilirlər.

6.Einstein Riyaziyyat dərsində uğursuz idi.

Bu, demək olar ki, hər kəsin inandığı yalan məlumatlardandır. Onun mənbəyi 1935-ci ildə nəşr olunan bir məqaləyə əsaslanır. Riyaziyyat dərslərində uğursuz olan bir çox şagird bu hekayədən cəsarət alaraq, onlarda ümid olduğunu düşünsələr də , Einstein hələ gənc ikən öz dahiliyini sübut etmişdi.

7.Alexander Graham Bell telefonu icad etdi

Graham Bell‘in telefonu icad etməsi və ilk olaraq dostu Watson’a zəng etməsi hekayəsini hamımız eşitmişik. Ancaq əslində işləyən ilk telefon, 15 il əvvəl Alman ixtiraçısı Philipp Reis tərəfindən icad edilmişdir. İlk olaraq “Reis Telephon” adlandırdığı bu cihazı 1861-ci ildə təqdim etdi. Reis Telephon musiqi notlarını olduqca aydın, lakin zəif səslə insan səsini ötürə bildi. İnsanın səsinin tel üzərindən ilk ötürülməsinin Reis tərəfindən istehsal olunan cihazla aparılması danılmaz bir həqiqətdir. Buna baxmayaraq, Bell bütün tərifləri alır.

8.Şok cihazları dayanan ürəyi yenidən işlədir.

Ürəyin döyünməsi üçün elektrolitlər kimyəvi cəhətdən düzgün bir tarazlıqda olmalıdır. Şok cihazları nizamsız ürək döyüntüsünü düzəltmək və ya yenidən qurmaq üçün istifadə olunur.

9.Bir körpə quşa toxunduqda, anası onu rədd edir

Quşların qoxu alma hissi o qədər də güclü deyil, buna görə qoxunuz ananın körpəni tərk etməsinə səbəb olmur.

10.Sushi çiy balıqdır

Sushi çiy balıq demək deyil və bütün suşilər çiy balıqdan hazırlanmır. Yaponların çiy balıq üçün istifadə etdiyi termin “sashimi” dir. Sushi termini, yeməyin içindəki düyünün turş sousu ilə qabda hazırlanması üsuluna deyilir. Düyüdə istifadə olunan maddələr arasında ənənəvi olaraq çiy balıq istifadə edilə bilər, lakin bu düyüdə bişmiş dəniz məhsulları, çovdar, yumurta və ya müxtəlif tərəvəzlər də var. Dəniz yosunu ilə bükülmüş suşi və digər maddələrdən ibarət yemək suşi deyil, “makizushi” adlanır.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

1 ŞƏRH

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here