Fotoqrafiya tarixini ortaya qoyan 10 vacib ilklər.

Bugünkü dünyanın əvəzolunmaz bir hissəsi olan fotoşəkillərin düşündüyümüz qədər tarixi yoxdur. İnsanlıq tarixini nəzərdən keçirdikdə, çox qısa müddət ərzində bizimlə olan bu texnologiya bugün bizim ayrılmaz hissəmizə çevrilib. Həyatımıza bu qədər inteqrasiya olunmuş bir texnologiyanın ilkləri barədə heç düşündünüzmü? Fotoqrafiya tarixinin ilklərini sizin üçün araşdırdıq və tərtib etdik. İlk rəngli fotoşəkildən bu günlərə gəlməyimizə səbəb olan ilk kosmik fotoya qədər ən vacib kadrları görməyə hazırsınız? Fotoqrafiya tarixini ortaya qoyan bəzi vacib ilklər …

1. İlk foto

lk çəkilən fotoşəkil 1826-cı ildə Joseph Nicéphore Niépce tərəfindən çəkilmişdir, heliografiya adlı bir texnika istifadə edərək çap edilmişdir. Fotonun çəkildiyi yer Fransadır.

2. İlk sualtı fotoşəkil

1856-cı ilə aid olan bu şəkil, suyun 50 metr dərinliyində çəkilmişdir.

3. Havadan çəkilmiş ilk foto

Təsəvvür etdiyiniz kimi, bu fotonu çəkmək üçün heç bir drondan istifadə olunmayıb! 😊 İsti hava balonu sayəsində çəkilən bu şəkil 1860-cı ilə aiddir. Fotodakı ərazi Bostondur.

4.  İlk müharibə şəkli

İlk tanınmış müharibə fotoqrafı Carol Popp de Szathmari tərəfindən çəkilən bu şəkil 1870-ci ilə aiddir.

İlk müharibə şəkli

5. İlk xəbər şəkli

Cinayətkarların həbs olunduğu anı açıqlayan bu fotoşəkil 1847-ci ilə aiddir.

İlk xəbər şəkli

6. İlk kosmik fotoşəkil

V-2 # 13 roketi sayəsində çəkilən bu şəkil 1946-cı ilə aiddir. 104 kilometr yüksəklikdən çəkilən fotoşəkildə dünyanı ağ-qara rəngdə görürük.

7. Yerin Aydan çəkilmiş ilk fotosu

23 Avqust 1966-cı ildə çəkilən bu foto, aya göndərilən peykin 16-cı turunda çəkildi.

8. Marsın ilk fotosu

Viking 1-in Marsa düşdükdən sonra etdiyi ilk şey, əlbəttə ki, Qırmızı Planetin bir fotoşəkilini çəkib dünyaya göndərmək idi. NASA tərəfindən çəkilən bu şəkil 1976-cı ilə aiddir.

9. İlk qara dəlik fotoşəkili

Qara dəlik Yerdən 500 kvintilyon km uzaqlıqdadır və onun fototəsviri dünya boyu yerləşən və 8 teleskopdan ibarət şəbəkə vasitəsilə 2019-cu ildə NASA tərəfindən çəkilib.

10. İnstaqramda paylaşılan ilk foto

İnstaqramda paylaşılan ilk foto 2010-cu ilə aiddir. Fotoşəkil Instagram-ın qurucularından olan Kevin Systrom-a məxsusdur.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry