Futbol Əfsanəsi Diego Armando Maradona 60 yaşında vəfat etdi

Dünya futbolunun əfsanəvi adlarından olan argentinalı Diego Armando Maradona 60 yaşında vəfat etdi. Argentina mətbuatından çıxan Clarin qəzeti, Maradona’nın ürək tutmasından öldüyünü bildirdi. Noyabrın ilk günlərində səhhəti pisləşən Maradona əməliyyata alındı. Əfsanəvi futbolçunun beyin damarlarındakı laxtalanma səbəbindən təcili olaraq əməliyyat olunduğu bildirildi; ailəsi koronavirus iddialarını rədd etdi.

Argentina Futbol Assosiasiyası (AFA) dünyaca məşhur keçmiş futbolçunun ölümünü Twitter hesabındakı “Sən həmişə qəlbimizdə olacaqsan” yazısında təsdiqlədi.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry