Gənc yaşda saçlarınız niyə ağarır?

Saçların ağarması qocalma əlamətidir, amma gənc yaşlarında saçları ağaran insanlar da var, bunun səbəbini sizin üçün araşdırdıq.

Gənc yaşlarında saçları ağaran az adamlardan biri olduğunu düşünürsənsə, yanılırsan. Saçların vaxtından əvvəl ağarması son zamanlar çox insanda görünür. Bunun bir çox səbəbləri mövcuddur.

B12 vitamini əskik ola bilər

Mütəxəssislərin fikrincə saçların ağarmasının ən çox görülən səbəblərindən biri B12 vitamini çatışmazlığıdır. B12 çatışmazlığı da saçların zəifləməsinə və tökülməsinə səbəb olur. Bunun qarşısını almaq üçün rasionunuza yumurta, ət və balıq kimi B12 ilə zəngin qidaları daxil edin.

Daim narahat və stresli olmaq.

Araşdırmalara görə, saçın ağarması ilə stres arasında sıx bir əlaqə var. Stresli və narahat olmaq saçlarınızın bərpasından cavabdeh olan kök hüceyrələrinə birbaşa təsir edir və erkən ağarmağa hətta zəifləməsinə səbəb olur.

İrsi ola bilər

Saçlarınızdakı ağları valideynlərinizdən və onların valideynlərindən miras almış ola bilərsiniz. Dermatoloqlara görə, saçlarımızın ağarması zamanı genetikanın böyük rolu var. Ailənizdə birinin saçları erkən ağarmışsa, eyni problemin sizdə baş verməsi ehtimalı çoxdur.

Kimyəvi və zərərli boyalar olan saç məhsulları

Şampunlardan tutmuş saç boyalarına qədər bir çox saç məhsulları saçların ağarmasına səbəb ola bilər. Bu məhsullarda olan zərərli kimyəvi maddələr melanin səviyyəsini azalda bilər, nəticədə saçlarınız təbii rəngini itirə bilər.

Mütəmadi olaraq Fast Food yemek

Sağlam bir qidalanma vərdişiniz yoxdursa, saçlarınızdakı ağların artmasına təəccüblənməyin. Bir çox araşdırmalar kalsium, dəmir, D-3 vitamini , mis və sinkin saçlarınızın sağlamlığı üçün vacib olduğunu göstərir. Bu vitaminləri və mineralları sağlam qidalanma yolu ilə almırsınızsa, çoxlu Fast Food yeyirsinizsə, saçlarınızın ağarmasına hazır olun.

Təəssüf ki, ağartılmış saçları əvvəlki rənginə qaytarmaq üçün bir yol yoxdur. Saçlarınızı və özünüzü qoruyun 🙂

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry