Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şəkinin Orta Zəyzid kəndi, rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Bu kənd, Baş Zəyzid kəndindən sonra ikinci böyük kəndidir. Baş Zəyzid, Qırxbulaq, Vərəzət kəndləri ilə həmsərhəddir. Qırxbulaq və Köbər Zəyzid kəndləri Orta Zəyzid kəndinin tabeçiliyindədir.


“Zəyzid” toponiminin mənasını müxtəlif fərziyyələrlə izah edirlər. Xalq etimologiyasına görə “Zəyzid” sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Digər bir fərziyyəyə görə bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər (Aleksandr) tərəfindən qoyulmuşdur. Lakin elm adamları və tədqiqatçılar tərəfindən qəbul olunmuş etimologiya bunları təsdiqləmir. Hal-hazırda ən düzgün etimoloji dəlil kimi iskit-sak və zit tayfalarını göstərirlər. Deyilənə görə, “Zəyzid” ilkin variantda “Sak-a-zit” (saklar və zitlər – onların yaşadığı ərazi mənasına gəlir) formasında olmuşdur. Sonralar bu ad “Sakizit”, “Sakizid” və ən nəhayət, “Zəyzid” şəklini almışdır.
Kənddə yerləşən Zəyzid məbədi (Alban kilsəsi) “sərbəst xaç” tipli alban kilsələrindən biridir. Sadə xaçvari kilsələr digər xristian ölkələrində olduğu kimi Qafqaz Albaniyasında da çox inşa edilmişdir. Şərqdəkindən başqa xaçın bütün qolları düzbucaqlıdır. Şərq qolunda yarımdairəvi planlı apsida yerləşir. Qərb qolu şərq qolundan bir qədər uzundur və qapı açırımına malikdir. Xaçortasının küncləri düzbucaqlı kapitelli kürəkilərlə tərtib olunmuşdur. Bir – birinin üstündən asılmış yarımdairəvi tağlara yuxarıda dairəvi qurşaq söykənir. Onun üstündə isə dövrümüzə çatmamış baraban və günbəz yüksəlirdi. Günbəzaltı məkandan günbəzə keçid vaxtilə konik tağ qıyacıları (paruslar) vasitəsiylə yerinə yetirilmişdir. Altar hissə xaricdən üç pəncərə açırımı olan beşüzlü kimi həll olunmuşdur, xaçın digər qollarında da bir açırım vardır. Qolların örtməsi bayır tərəfdən orta hissədə yuxarıya qaldırıldığı üçün onlar bazilika siluetini təqlid edir. Yuxarı qaldırılmış bu hissənin altında, tağbəndlərin üstündə, qapalı kiçik yerləşgələr vardır. Tikilinin divarları butbeton doldurucu ilə təmiz yonulmuş iri əhəngdaşı – şirindaş bloklardan tikilmişdir. Pəncərələr xaricdən üç yarımlülə profilli haşiyə ilə tərtib olunmuşdur. Cənub qolunun qərb divarında dekorativ tağlı dərin taxça vardır.

Bu tip kilsələr Qafqazda çox geniş yayıldığına göre bəzi mənbələrdə V-VII əsrlərə aid olduğu, ancaq kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətləri, daha zərif estetik tələblerin yüksəkliyinə görə Qafqaz Albaniyasında xristian memarlığının ikinci çiçəklənmə dövrünün əvvəllərinə XII – XIII əsrlərə  aid olduğu yazılıb. Ancaq bildiyimiz kimi XII XIII əsrlərdə Qafqaz Albaniyası artıq yox idi.Albaniya eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan etmiş ve mövcudluğunun sonuna qədər xiristian ideologiyasının dairəsində olmuşdur .VIII əsrlərdə Ərəb xilafəti tərəfindən işğal edilmiş ve İslam dini tebliğ edilmeye başlamışdır. Artıq İslam ölkəsi olmuşdur. Bu dövrlərdə İslam ölkəsində kilsə inşa etmək xiristianlığı təbliğ etdiyi üçün mümkün deyildi. Gürcülərin işğalı dövrü çox az olduğundan burada kilsə tikilməyidə ağla batan deyil. Zəyziddəki kilsənin tarixinin en az 1200 1500 il daha qədim olduğu güman edilir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur.
Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xiristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə – İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Kənd əhalisi qədimdən igidliyinə və vətənpərvərliyinə görə başqalarına örnək olmuşdur.

Azerbaycanın X əsrə qədərki tarixini əks ettirən yeganə mənbə M.Kalankatuklunun Albaniya tarixi əsəridir. VII yüzilin abidəsi Albaniyanin Kalankatuk kəndindən olan Monisey Kalankatuklunun Albaniya tarixi əsəri üç hissədən ibarəttir və hesab edirlərki ikinci ve üçücü kitablar X əsrdə yazılmışdır. VII əsrdə yaşamış müəllif X əsrə qədər yaşaya bilməz. Əsərlərin öz əvvəlki şəklində bizə gəlib çatmamasıda qeyd edilir.Əsərin üzünü köçürənlər erməni rahibləri olduqlarına görə erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər. Albaniya tarixi bir neçə dəfə erməni dilində həmçinin rus ve xarici dillərdə nəşr olunmuşdur. Hamısı da Moısey Kalankatuklunun müellifliyi ile. Alban abidəsi, atlarımızın abidəsi neçə dildə nəşr olunduğu halda öz dilimizdə Z.Bünyadovdan əvvəl başqa nəşr etdirən olmayıb.

Yevgeni İqnatyeviç Krupnov :
“Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox Azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.”

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

1 ŞƏRH

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here