Niyə oxuduğumuz kitabları və izlədiyimiz filmləri unuduruq?

Uşaq yaşlarımızda oxuduğumuz bir kitabdan və ya həvəslə izlədiyimiz bir cizgi filmindən səhnələri xatırlayarkən, indi nə oldu ki, yazdıqlarımızı, oxuduqlarımızı və izlədiklərimizi unuduruq? Nə üçün aldığımız və oxuduğumuz bir kitabın məzmunu barədə heç bir şey xatırlamırıq? Ancaq o kitabı kiminlə və necə aldığımızı bütün şəffaflığı ilə xatırlayırıq. Bu vəziyyəti yaşayırsınızsa, kədərlənməyin: Siz tək deyilsiniz. Texnologiya çağının çoxsaylı qurbanlarından biri olduğunuzu söyləmək olar.

Unudulma əyrisi

Bu əyrini əlbəttə ki kitabların, filmlərin yaddaşda qalmamması ilə izah etmək mümkün deyil. Bunun yaddaşımızın bir oyunu olduğunu unutmayaq: Unudma əyrisi çox az bir müddətdən sonra da qavradığımızı və öyrəndiklərimizi unutduğumuzu göstərir. Alman psixiatrı Hermann Ebbighaus 1885-ci ildə bu qrafikanı kəşf edib. Xatırladığımızın dərəcəsi ilə onları xatırladığımızın zamanı oxlarında sıfıra enən (lakin sıfırlanmayan) bir qrafika var.

Bu qrafikə görə öyrəndiklərimiz ilk gündə çox kəskin şəkildə azalır və sonra yavaşlamağa başlayır. Xülasə; Öyrəndiyimiz yeni bir məlumatı öyrənəndə birbaşa unuturuq, ancaq günlər və həftələr keçdikdən sonra geri xatırlamaq nisbəti daha da artır.

“İnternetin Yaddaşa Təsiri”

Araşdırmalar nəticəsində maraqlandığımız məlumatları tez əldə etdiyimizə görə yaddaşda qalmasına mənfi təsir göstərdiyi müşahidə edilir. Bəli, öyrəndik və xatırlamırıq, bu mənfi bir şeydir, ancaq özünüzə bunu xatırlamalıyam? deyə soruşsanız, təzyiq altında qalmamaq üçün yox cavabını verəcəyinizi görəcəksiniz.
Məqaləyə ilk başlayanda belə dedik: Uşaqlıqda seyr etdiyimiz və öyrəndiklərimiz daha yadda qalan olur. Bunun ən böyük səbəbi, o yaşda öyrəndiklərimizin bizim üçün faydalı olacağını düşünməyimizdir və bu səbəblə unutma ehtimalımız azdır. Hər hansı bir məlumatı internetdən əldə etmək çox asanddır və onu yadda saxlamağa ehtiyac yoxdur, çünki istədiyimiz zaman əldə edə bilirik.

Mütəxəssislər mövzu haqqında bir bənzətmə edirlər; Gördüyümüz və əldə etdiyimiz hər şey bir flash diskdədir və yalnız içindəki qovluqları bilirik, məzmu haqqında məlumatımız yoxdur, ehtiyac olduqda ona baxırıq..