Rejissor Rüfət Həsənovun çəkdiyi “Daxildəki Ada” filmi Sarajevo Film Festival-ın əsas müsabiqə proqramına müstəqil Azərbaycanın ilk tammetrajlı bədii filmi olaraq seçilmişdi. Filmin rejissoru Rüfət Həsənov “Әn yaxşı rejissor” nominasiyasında qalib seçilib.

“Daxildəki Ada” bədii filminin mövzusu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən, “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalı olan  Daxildəki ada” bədii filminin mövzusu dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biri olan qəhrəmanın özünü kəşf etmək məqsədilə adaya gizlincə yola düşməsi üzərində qurulub.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Xatırladaq ki, Rüfət Həsəsnov bir neçə gün öncə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here