Qısa müddətdə sosial mediada Story-lər ilə Snapchat ilk dəfə həyatımıza girdi. Bu xüsusiyyət qısa müddət ərzində bütün tətbiqlərdə yerini aldı. Sosial medianın funksiyasını kiçik bir fikirlə dəyişdirən Snapchat qurucusu Evan Spiegel dünyanın ən gənc milyarderlərindən biridir. Gəlin onu yaxından tanıyaq.

Evan Spiegel kimdir?

1990-cı ildə Kaliforniyada varlı bir ailədə anadan olan Spiegel’in iki bacısı var və valideynləri uğurlu hüquqşünaslardır. Maddi vəziyyətləri o qədər yaxşı idi ki, bəzi hekayələrə görə, uşaq vaxtı Evanın cibindəki pul, həftədə 250 dollar olduğu deyilirdi.

Evanın böyüdüyü ev, təxminən iki milyon dollar dəyərində idi və Hollywood ulduzları tərəfindən seçilən Malibu bölgəsində idi. Evanın valideynlərinin uğurlu karyerası Evan üçün ilham mənbəyi idi və gənc yaşlarından özünü kompüter inkişafına həsr etdi.

Evan təhsil həyatına, məşhur və varlı iş adamları tərəfindən seçilən Crossroads adlı bir xüsusi məktəbdə başladı və bir müsahibəsində məktəbdə çox utancaq olduğunu, çox çalışdığına görə yaşıdlarl tərəfindən də təhqir edildiyini söylədi. Evan, məktəbdəki ən yaxşı yoldaşının kompüter müəllimi olduğunu və beşinci sinfdə öz kompüterini topladığını bildirdi.

Akademik uğurları sayəsində Evan Stanford Universitetində Məhsul dizaynı oxumağa başladı. Bir ailə dostu ilə Evan, YouTube həmtəsisçisi Char Hurley və Google-un baş direktoru Eric Schmidt daxil olmaqla, böyük sahibkarlıq dərsi keçməyə müvəffəq olan və Scott Scott ilə tanış oldu. Tezliklə Evan Scott Cook-dan ona bir iş verməsini xahiş etdi və nəticədə Scott Cook Evanı Hindistanda həyata keçiriləcək bir layihəyə təyin etdi.

Bu layihə Evan üçün bir motivasiya oldu və daha sonra öz layihəsi üzərində işləməyə başladı. Scott Cook-u bu layihəyə investisiya qoymağa inandırmağı bacardı. Kollecdə Snapchat quracaq Reggie BrownBobby Murphy ilə tanış oldu və bir komanda qurdular.

Snapchat’ın yaranması

Snapchat fikri isə 2011-ci ildə, universitetdəki tələbələr bir-birlərinə rahatca cinsi məzmunlu mesaj göndərməsi üçün düşünülən bir tətbiq olaraq ortaya çıxdı. Bəli, Snapchat həqiqətən belə bir məqsədlə yaradıldı.

2011-ci ilin yayında, üç dost Spiegel’in atasının evinə köçür, burada fotoşəkillər göndərildikdən müəyyən bir müddətdən sonra yoxa çıxdığı tətbiqin üstündə işləməyə başladlar. Spiegel dizayn üzərində dayanarkən, Murphy kod yazdı və Brown marketinq işləri ilə maraqlandı. 

Tətbiq 2011-ci ilin iyul ayında çıxdı və ilk adı Picaboo idi. Proqram ağızdanağıza yayılmağa başladı və qurucuların dostlarına dəvətnamələr göndərildi. İlin sonuna doğru tətbiqin adı Snapchat olaraq dəyişdirildi.

Tətbiq yayımlandıqdan qısa müddət sonra, üç dost arasında gərginlik yaranmağa başladı və Brown şirkətdən qovuldu . Daha sonra Brown, 2013-cü ildə SpiegelMurphy-yə qarşı məhkəməyə müraciət edərək , şirkətin bərabər pay ala bilmədiyini və haqsız vəziyyətə saldığını iddia etdi. Braun-un leyhinə məhkəmə başa çatdı və Snapchat Brown- a 157.5 milyon dollar tam kompensasiya ödədi.

Google və Facebook almaq istədi, Spiegel satmadı:

2013-cü ilin ortalarında Snapchat’ın 60 milyon yükləmə sayı var idi və bu tətbiqin dəyərini 800 milyon dollar edirdi. Tezliklə, böyük şirkətlər Snapchat‘ı almaq üçün Spiegel’in qapısını döyməyə başladılar, lakin Spiegel Google’un 4 milyard dollarlıq təklifini və Mark Zuckerberg’in 3 milyard dollarını rədd etdi. 

Snapchat-ın icraçı direktoru olaraq Spiegel 2017 ildə, Bloomberg-in əmək haqqı indeksinə görə, ən yüksək maaş alan CEO seçildi. Spiegel hələ də texnologiya dünyasında ən gənc və uğurlu biznesmenlərdən biri olaraq qalır və sərvətinin təxminən 4 milyard dollar olduğu bilinir. 

Snapchat və Facebook arasındakı rəqabət

Facebook Snapchat’ın Story xüsusiyyətini öz tətbiqlərinə kopyalamağa başlayanda Snapchat ilə Facebook arasındakı rəqabət ortaya çıxdı. Spiegel, Facebooku yeni bir şey yaratmamaqlaoğurluq edərək pul qazanmaqla günahlandırdı. Facebook-un cavabı “gözəl və uğurlu şeylər həmişə kopyalanır” oldu. 

Facebookun xüsusiyyətləri özünə uyğunlaşdırması Snapchat’i çətin vəziyyətlərə salsa da Spiegel bu işindən imtina etmədi və Snapchat’in adını Snap.INC, olaraq dəyişdirərək tətbiqi ən başdan dizayn etdirdi. Tətbiqin yeni versiyası Miranda Kerr və Kylie Jenner də daxil olmaqla bir çox istifadəçi tərəfindən pis rəylər alınsa da, Spiegel, bunu etməkdən peşman olmadığını , Snapchat-da daha çox premium istifadəçisiyə çata biləcəyini söylədi. 

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here