Trasda qarşılaşdığımız zaman əyləcə birdən basaraq həyacanlandığımız Sürət radarları. (‘’Yenə radara düşmüsən ?Dədəm bilsə vəssalam daa…’’)

Tras radarlarının iki növü var. Radio siqnalları göndərən radarlar və lazer siqnalları göndərən radarlar. Radio siqnalı ilə işləyən radarlardakı ani əyləc ilə cəzadan qurtulmaq nisbətən mümkün olsada, lazer şüası göndərən radarlardan qaçmaq mümkün deyil. Radar sisteminin nəqliyyat vasitəsindəki nömrə nişanına diqqət yetirməsi təsadüfi deyil. Nişan nömrələri keyfiyyətli reflektordan hazırlanmışdır və üzərinə şüa göndərilən hər şeyi geri atmaq xüsusiyyətinə malikdir.

Radar yaxınlaşan nəqliyyat vasitəsinə uyğun iki fərqli siqnal göndərir. İlk göndərilən siqnalın geri dönmə sürəti ilə ikinci göndərilən siqnalın geri dönmə sürəti arasındakı fərq dedektor dekoderlərindən keçir və orta sürət tapılır. Radio siqnallarında 10% itirlimə olur .

Yol polisi əməkdaşları artiq əlində radarlarla kol dibində gəzlənmir.

Azərbaycanda yollarda 100 metrə qədər məsafədə radarlar sürəti müəyyənləşdirə bilir. 100 metrdən uzaqdasınızsa, radar sürətinizi dəqiq ölçə bilməyəcək. Ancaq “Kordon” və “Kreçet” cihazları 150 metrə qədər dəqiq sürəti ölçə bilir. Əlbəttə 250 və daha uzaq məsafələrdən ölçə bilən radarlarda var ancaq bunlar hələlik maksimum 250 metr məsafə üçün nəzərdə tutulub.
Radarlar avtomobili yaxına buraxmalıdır çünki radar sürəti ölçsə də uzaqdan hərəkətdə olan avtomobilin nömrə nişanının şəklini eyni zamanda çəkməlidir. 
Nəqliyat vasitələrində radar-detektorlar olur ki, 500 metrdən radarı xəbər verə bilir.
Texnologiyanın ikşafı ilə indi yeni cihazlarla artıq yoldakı məsafəni ve avtomobilin həmin məsafəyə çatma vaxtını ölçərək surəti hesablayacaq.
Sürət öldürür.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

1 ŞƏRH

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here