Qədim zamanlardan etibarən bəşəriyyət təcrübələr nəticəsində suyun müxtəlif möcüzəvi xüsusiyyətlərini aşkarlayıb. Lakin uzun bir müddət elm müşahidə etdiyi hadisələri izah edə bilmirdi.

Yapon alimi Dr. Masaru Emoto, təcrübələri nəticəsində suyun yaddaşı olduğunu iddia edənlərdən biridir.

Yaponiyada alimi, Dr. Masaru Emoto, su üzərində maraqlı təcrübələrlə uzun müddət mübahisə mövzusu olan “suyun yaddaşı” nəzəriyyəsini ilk təqdim edən adlardan biridir. Hər su damlasının fərqli və bənzərsiz bir quruluşa sahib olduğunu başa düşən Dr. Masaru Emoto bunun üzərinə araşdırma etmək qərarına gəldi və suyun tərkibindəki bu dəyişikliklərin arxasında nə olduğunu öyrənməyə çalışdı. “Suda məlumat toplama kimi bir xüsusiyyət ola bilərmi?” Sualına cavab tapmaq üçün təcrübələr aparan Emoto, komanda yoldaşları ilə birlikdə, demək olar ki bütün xüsusiyyətləri ilə eyni olan su nümunələrində müxtəlif sınaqlar keçirib.

Eyni qabda olan suya“təşəkkür edirəm”“axmaq” kimi müxtəlif mənalarda olan sözlər yazaraq, su ilə səsli danışaraq, hətta musiqi dinləyərək və film izləyərək çox fərqli işlər görmüş alimlər, hər fərqli müdaxilə ilə suyun tərkibində bəzi dəyişikliklər olduğunu aşkar edilmişdir.

Klassik musiqi dinləyən bitkilərin digərlərindən daha sürətli və gözəl inkişaf etdiyini sübut edən tədqiqatlar kimi bu araşdırmada da oxşar nəticənin əldə olunmuşdur

Ancaq Masaru Emoto da daxil olmaqla heç kim bu vəziyyətin səbəbini izah etmək üçün elmi dəlil təqdim edə bilmədi.

Queens Belfast Universitetinin professoru Avropa ölkələrinin alimləri ilə oxşar araşdırmalar aparır

“Su yaddaşı” nəzəriyyəsi ortaya qoyulandan sonra mübahisə böyüdükcə, Queens Belfast Universitetinin professoru Madeleine Ennis hərtərəfli araşdırma aparmaq qərarına gəldi. Fransa, İtaliya və Hollandiya kimi müxtəlif Avropa ölkələrindən alimlərdən bir-birlərindən asılı olmayaraq sınaq keçirmələrini xahiş edən Ennis ilə oxşar nəticələr verməsi və sınaq borularında suyun aktiv maddənin nə olduğunu bilmədən təcrübələr aparan akademiklərin də təəccüblənməsinə səbəb oldu.

Niyə qadınlar kişilərdən daha uzun yaşayır?

Amma başqa bir qrup alim bu təcrübələrin nəticələrinin sırf təsadüf olduğunu qəbul edirlər.

Bir qrup alim suyun yuxarıda göstərildiyi kimi bir yaddaşa sahib olmayacağını söylədi. Hətta suyun yaddaşının olduğunu söyləyən elm adamları, təcrübələrini eyni şəkildə təkrarladıqları zaman heç bir nəticə əldə etmədiklərini söyləyənlər də var və hətta yuxarıda göstərilən elm adamlarına təcrübələri yenidən pul qarşılığında təkrarlamağı təklif etdilər. Lakin suyun yaddaşının olduğunu iddia edən elm adamları hərkəsin gözü önündə təcrübəni təkrarlanmağa razılıq vermədilər.

On illərdir müzakirə olunan və hələ də sınaqdan keçirilmiş bu mövzuda nə düşünürsünüz? Səncə suyun yaddaşa sahib olması mümkündürmü? Cavablarınızı şərh olaraq yaza bilərsiniz.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here