ABŞ administrasiyası tərəfindən səsləndirilən TikTok açıqlamaları bu dəfə reallığa olduqca yaxın görünür. ABŞ prezidenti Donald Trump jurnalistlərə bildirib ki, şənbə günü TikTok-u qadağan etmək üçün hərəkətə keçəcəklər.

Çində yerləşən ByteDance şirkətinə məxsus populyar qısa video paylaşma platforması TikTok-un ABŞ ilə sıxıntısı bitmir. TikTok, uzun müddətdir ki Trump-ın qara siyahısındadır.

Donald Trump cümə günü bildirib ki, şənbə günü ABŞ-da TikTok-u bağlamaq üçün səylərə başlayacaq . Trump bu mövzuda hansı yolla gedəcəyi ilə bağlı heç bir açıqlama verməyib.

TikTok

TikTok, son aylarda ABŞ rəhbərliyi tərəfindən bir neçə dəfə istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşmaqda ittiham olunur. Hal-hazırda istifadəçi məlumatlarının məxfiliyində problemlər yaşayan şirkət həmişə onlara verilən bu iddiaları rədd edib.

Ona qarşı irəli sürülən bu ittihamların qarşısını almaq üçün, TikTok, Disney rəhbəri Kevin Mayeri, CEO olaraq təyin etdi və eyni zamanda New York və Los Angelesdə ofislər açdı. Ancaq görünür, şirkət bütün bu etdiklərinə baxmayaraq Trump administrasiyasının radarlarından qurtula bilmədi.

TikTok, bundan əvvəl Çin və Hindistan arasındakı gərginliyin qurbanı idi. İki ölkə arasında gərginliyin artmasından sonra Hindistan TikTok da daxil olmaqla, onlarla Çin tətbiqinin qarşısını aldı. 2019 statistikasına görə TikTok ən çox istifadə edilən Hindistandır.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

1 ŞƏRH

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here