Whatsappı silməliyikmi ? Whatsapp Məxfilik Müqaviləsi.

WhatsApp hər zaman istifadəçilərinin xüsusi məlumatlarına hörmət etdiyini dilə gətirirdi, lakin son yeniləməsi böyük bir mübahisəyə səbəb oldu. Məlum olduğu kimi WhatsApp Facebookun bir hissəsidir . Yenilənən məxfilik siyasətində istifadəçilərdən məlumatlarını Facebook ilə paylaşmaları istənildi. İstifadəçilər özəl məlumatlarını Facebook ilə bölüşmək fikrini bəyənmirlər. Bəs WhatsApp məxfilik müqaviləsi bəndləri nədir? və WhatsApp tədbiqini silməliyikmi? WhatsApp müqaviləsini qəbul etməzdən əvvəl məqaləmizi sona qədər oxuyun.

Whatsapp Məxfilik Müqaviləsi nədir?

WhatsApp yenilənmiş məxvilik müqaviləsində bu ifadələrdən istifadə edir:
  • Facebook Şirkəti Məhsulları daxilində təhlükəsizlik və bütövlüyün artırılması; məsələn sistemlərin təhlükəsizliyini təmin etmək və spam, təhdid, sui-istifadə və ya qanun pozuntuları ilə mübarizə,
  • Xidmətlərini və onlardan istifadə təcrübənizi yaxşılaşdırmaq, Facebook Şirkəti Məhsulları arasında müvafiq təklif və reklamları göstərmək,
  • WhatsApp təcrübələrinizi digər Facebook Şirkət Məhsulları ilə birləşdirməyə imkan verən inteqrasiya ilə təmin edin. Məsələn, WhatsApp satınalmalarınızda ödəmə etmək üçün Facebook Pay hesabınızı bağlamağınız və ya Portal kimi digər Facebook Şirkət Məhsullarında dostlarınızla söhbət edə bilmək üçün WhatsApp hesabınızdan istifadə etmək kimi aciqlanir

Whatsapp istifadəçilərinə göndərilən bildirişə əsasən bu yeniləmə 8 fevral tarixindən qüvvəyə minəcək və istifadəçilərin bu müqaviləni qəbul etməkdən başqa bir seçimləri yoxdur. Əks halda messencerdən istifadə mümkün olmayacaq.

Bəs WhatsAppı silməliyikmi ?

Digər bir məsələ bu platformaların mövcudluğunun səbəbi ilə bağlıdır. Facebook başda olmaqla bütün sosial media platformaları üçün ən böyük dəyər istifadəçi məlumatlarıdır. Demək olar ki, hamısı istifadəçi məlumatlarını marketinq yolu ilə qazanır. Bu səbəbdən, pulsuz tətbiqlərin məlumatlarınızı toplaması və bazara çıxarması çox təəccüblü olmamalıdır. Aydındır ki, bu iş modeli istifadəçi məlumatlarına əsaslanır. İstifadəçilərinə göstərdikləri pulsuz xidmətlər müqabilində məlumatlarınızı toplayaraq bazara təqdim edirlər. Bu yalnız sosial media platformaları üçün deyil, telefonunuza yüklədiyiniz demək olar ki, hər bir tətbiq üçün keçərlidir. Məsələn, kameranıza və şəkil qalereyanıza girə bilən bir skaner tətbiqi və ya mikrofonunuza girə bilən bir karaoke tətbiqinin məlumatınıza daxil olub saxlaya biləcəyinizi bilməlisiniz. Bu tətbiqlərdəki boşluqlar WhatsAppdakı təhlükəsizlik şübhələrinizdən daha təhlükəli ola bilər. Beləliklə, söhbət WhatsApp-dan deyil, istifadəçilərin əsas rəqəmsal təhlükəsizlik biliklərini artırmaqdan gedir. Bəzi məlumatların istifadə etdiyimiz pulsuz proqramlar tərəfindən istifadə oluna biləcəyinə diqqət yetirin.

Qisacası smartfonlardan istifadə etdiyimiz müddətcə məlumatlarımızın təhlükəsizliyini təmin etmək mümkün deyil və bizim fikirimizcə whatsapp tətbiqini silərək dünyanı xilas etməyəcəyik. Sizin fikirləriniz də maraqlıdır. Bəs siz ühatsappı sildiniz mi.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry