Yalnız Şuşada yetişən Xarı Bülbül

Qarabağ torpağı Azərbaycana saysız nemətlər bəxş edib. Həm florası, həm faunasının zənginliyi ilə seçilən və hazırda düşmən tapdağında olan torpağımızda dünyanın heç bir yerində rast gəlinməyən bir çiçək də bitir. El arasında ona Xarı bülbül deyirlər. Sanki üzərinə qonmuş bülbülü xatırladan xarıbülbül həm gözəlliyi, həm də qeyri-adiliyi ilə seçilir.

Əsas məskəni Cıdır düzü olan Xarı bülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıbmış. Azərbaycanın digər bölgələrində bitən Xarı bülbülün ümumi miqyası Şuşadakı ilə müqayisədə xeyli azdır. 

Xarı bülbül haqqında bir çox rəvayətlər mövcuddur. 

Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim Ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün “nikah diplomatiyası”ndan istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də, Xarı bülbülü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.

 Bu o qədər nəcib güldür ki, Qarabağın, Şuşanın işğalda olduğu zaman onun açmasının mümkünsüzlüyünü düşünənlər də az deyildi. Bu gün Şuşanın işğaldan azad olduğu gün həm də Xarı bülbülün əsarətdən qurtulduğu gün kimi tarixə yazılacaq.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry